• Bakı 11° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Razılaşma əldə olundu: Aİ Rusiya qazından imtina edir

DÜNYA

03 Dekabr 2025 | 09:55

Razılaşma əldə olundu: Aİ Rusiya qazından imtina edir

Avropa Parlamenti və Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın təbii qazının idxalında mərhələli şəkildə imtinanın reqlamenti ilə bağlı ilkin razılığa gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında dərc olunmuş pres-relizdə qeyd olunur.

Danimarkanın İqlim, energetika və kommunal xidmətlər naziri Lars Oqard bunu bütün Avropa üçün böyük qələbə kimi qələmə verib.

“Biz Avropa İttifaqının Rusiya qazından asılılığına son qoymalıyıq və onun Aİ-yə daimi qadağan olunması doğru istiqamətdə atılmış mühüm addımdır”, - deyə o bildirib.

Bu reqlament, Avropa İttifaqının Rusiyadan enerji daşıyıcılarının idxalını dayandırmağa yönəlmiş “REPowerEU” yol xəritəsinin əsas elementidir.


SON XƏBƏRLƏR

02 Dekabr 2025