• Bakı 11° C

    9.2 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Çin ABŞ-ni Tayvanla bütün rəsmi əlaqələri dayandırmağa çağırıb

DÜNYA

03 Dekabr 2025 | 12:44

Çin ABŞ-ni Tayvanla bütün rəsmi əlaqələri dayandırmağa çağırıb

"Çin Birləşmiş Ştatlar və Tayvan arasında istənilən formada rəsmi qarşılıqlı fəaliyyətə qarşıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian bildirib.

"Tayvan məsələsi Çinin fundamental maraqlarının özəyi və Çin-Amerika münasibətlərində keçilməməli olan ilk qırmızı xəttdir", - diplomat xatırladıb.

Qeyd edilib ki, Diplomatik Münasibətlərin qurulmasına dair Birgə Kommunikedə Birləşmiş Ştatlar Tayvanla yalnız qeyri-rəsmi mədəni və kommersiya əlaqələri saxlamaq öhdəliyi götürüb.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

02 Dekabr 2025