• Bakı 11° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Elm və institutların inkişafı olmadan davamlı tərəqqi mümkün deyil - Vüsal Qasımlı

CƏMİYYƏT

03 Dekabr 2025 | 11:02

Elm və institutların inkişafı olmadan davamlı tərəqqi mümkün deyil - Vüsal Qasımlı

“Prezidentin çıxışında qeyd etdiyi kimi, ölkənin gələcək inkişaf modelində elm və texnologiyaların rolu xüsusi əhəmiyyət kəsb edir. Texnologiyaların iqtisadi artıma təsiri, elmin inkişafı və yeni nəsil bacarıqların formalaşması ölkənin strateji üstünlüklərindən biridir. Bu, konseptual baxış tələb edən əsas istiqamətdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı Prezident İham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı ilə bağlı "Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm ve universitetler" mövzusunda STM-nin təşkil etdiyi dəyirmi masada deyib.

Onun sözlərinə görə, ikinci mühüm məsələ elmi modellərin düzgün müəyyənləşdirilməsidir. Post-sosialist məkanında müxtəlif elmi-iqtisadi inkişaf modelləri mövcuddur:

“Rusiyanın dövlət yönümlü modeli, ABŞ və İngiltərənin özəl sektor liderliyinə əsaslanan modeli, eləcə də dövlət sifarişləri üzərində qurulan üçüncü model. İsrail və Türkiyə bu üçüncü modelin uğurlu nümunələridir. Bizim üçün də universitet-dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi vacibdir”.

V.Qasımlı bildirib ki, elm, təhsil və sənayenin inteqrasiyası istiqamətində atılan addımlar müsbətdir. Sənaye strategiyaları, innovasiya siyasətləri və sosial inkişaf proqramları yeni inkişaf mərhələsinə keçidi təmin etməyə yönəlib:

“Prezidentin tapşırıqları əsasında aparılan müzakirələr göstərir ki, bu məsələlər sistemli şəkildə yanaşma tələb edir. Dövlət qurumları arasında koordinasiya, elmi nəticələrin praktikaya tətbiqi və innovasiya mühiti vacib rol oynayır”.

V.Qasımlı Azərbaycanın inkişafı ilə bağlı perspektivlərə toxunarkən bildirib ki, türk mədəniyyətində “törə” anlayışını xatırlamaq yerinə düşür.

“Törə həm institut, qayda-qanun, həm də inkişaf, törəmə anlamlarını ehtiva edir. Bu, institutlaşma və inkişafın bir-birini tamamladığını göstərən unikaldır. Elmin və institutların inkişafı olmadan davamlı tərəqqi mümkün deyil”.

Mərkəz rəhbəri onu da deyib ki, Prezidentin vurğuladığı kimi, gələcək inkişafımızın əsas istiqamətlərini düzgün müəyyənləşdirməli, elmin, texnologiyanın və innovasiyanın rolunu daha da gücləndirməliyik.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

02 Dekabr 2025