• Bakı 11° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Pentaqon "Signal" qalmaqalı ilə bağlı hesabat açıqlayacaq

DÜNYA

03 Dekabr 2025 | 10:50

Pentaqon Signal qalmaqalı ilə bağlı hesabat açıqlayacaq

ABŞ-nin müdafiə naziri Pit Heqsetin Yəməndəki Husilərin mövqelərinə hava zərbələri endirilməsi ilə bağlı məlumat yerləşdirdiyi "Signal" messencer söhbətinə jurnalistin əlavə edilməsi ilə bağlı araşdırma hesabatı bu həftə dərc olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CBS mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Pentaqonun baş müfəttişi hesabatın surətini Konqresə göndərib. Redaktə edilmiş və təsnifləşdirilməmiş versiya dekabrın 4-də yayımlanacaq. İstintaq 8 ay əvvəl başlayıb. Pentaqonun baş müfəttişinin səlahiyyətlərini icra edən Stiven Stebbins aprel ayında bildirib ki, onun agentliyi Müdafiə Departamentinin rəisi və heyətinin kommersiya mesajlaşma proqramlarından istifadə qaydalarına əməl edib-etmədiyini müəyyən etməyə çalışacaq.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

02 Dekabr 2025