• Bakı 12° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Bu bürclər tez-tez kədərlənirlər

CƏMİYYƏT

03 Noyabr 2025 | 16:37

Bu bürclər tez-tez kədərlənirlər


Astroloqlar tez-tez kədər və emosional dalğalanmalar yaşayan bürcləri müəyyənləşdiriblər.

Bakıvaxtı.az xəbər verir ki, siyahının başında Balıqlar bürcü gəlir. Həssas və xəyallara meyilli olan bu bürc nümayəndələri duyğularını içlərində yaşadıqları üçün tez-tez kədərlənirlər.

İkinci yerdə Xərçənglər dayanır. Onlar ailəyə və keçmişə bağlı olduqları üçün xırda hadisələrdən belə təsirlənirlər.

Əqrəblər də dərin düşüncələri və insanlara güvənməkdə çətinlikləri səbəbindən bəzən özlərinə qapanır, melanxolik ruh halına düşürlər.

Astroloqların fikrincə, Tərəzilər və Oğlaqlar da duyğusal sabitliyi qorumaqda çətinlik çəkən bürclərdəndir. Onlar həyatdakı tarazlığı itirdikdə və ya gözləntiləri qarşılanmadıqda uzun müddət kədər hissi ilə yaşaya bilirlər./baku.ws


SON XƏBƏRLƏR