• Bakı 10° C

    7.99 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Gündə yarım saat gəzmək bir çox xəstəliklərin qarşısını ala bilir

CƏMİYYƏT

03 Dekabr 2025 | 15:36

Gündə yarım saat gəzmək bir çox xəstəliklərin qarşısını ala bilir

"Sağlam yaşlanma və aktiv həyat bir şüar olmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı Şəhər Herontoloji Mərkəzinin direktor vəzifəsini icra edən Nailə Əhmədova deyib.

Onun sözlərinə görə, insanın qərar verə bilməsi, mobilliyi və s. önəmlidir. Yaşlı olan zaman bunları edə bilmək üçün cavanlıqdan bu xüsusiyyətlərə malik olmaq əhəmiyyətlidir:

"Müalicəvi bədən məşqləri olduqca müsbət təsir göstərir. Aktiv həyat isə sağlam qocalmaya yol açır. Gündə yarım saat gəzmək bir çox xəstəliklərin qarşısını ala bilir", - deyə Nailə Əhmədova əlavə edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR