• Bakı C

    3.67 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Həkim xəstənin yaxını rolunda çıxış etməlidir

CƏMİYYƏT

03 Dekabr 2025 | 15:30

Həkim xəstənin yaxını rolunda çıxış etməlidir

“Həkim qəbulu 45 dəqiqəyədək vaxt ala bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı Şəhər Herontoloji Mərkəzinin direktor vəzifəsini icra edən Nailə Əhmədova deyib.

Onun sözlərinə görə, pasientlə həkim arasında psixoloji bir bağlantı yaranmalıdır. N.Əhmədova bildirib ki, xəstə digər həkimlərə demədiyi nüansları herantoloqla bölüşə bilir. Çünki bu həkim təkcə xəstəliyi yox, insanın yaşadığı mühiti də öyrənir.

“Bu, sadəcə müayinə ilə bitmir. Herantoloq hətta pasientin deməyə utandığı məsələlər üçün də ona yardım göstərir. Xəstə əgər yaşlıdırsa, həkim onun yaxını rolunda çıxış etməli, ətraflı maraqlanmalıdır”, - deyə Nailə Əhmədova qeyd edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

16 Yanvar 2026