Avqustun 8-dən etibarən Ermənistan və Azərbaycan indiyədək əldə edilmiş tərəqqinin möhkəmləndirilməsi və dialoqun dərinləşdirilməsi üçün məqsədyönlü səylər göstəriblər.
Bakıvaxtı.az “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə konfransda bildirib.
“Məsələn, oktyabrın 21-22-də ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət nümayəndə heyəti ikitərəfli dəyirmi masada iştirak etmək üçün Ermənistana səfər edib. Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin də Azərbaycana səfər edəcəyi gözlənilir. Vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunmasından əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri beynəlxalq təhlükəsizlik forumunda iştirak etmək üçün Bakıya səfər edib. Bu cür səfərlər və mübadilələr iki cəmiyyət arasında qarşılıqlı inam və anlaşmanın möhkəmlənməsinə, eyni zamanda, Ermənistan və Azərbaycan arasında sülhün möhkəmlənməsinə töhfə verəcək”, - o qeyd edib.
Bakı 


