• Bakı 10° C

    7.99 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir

SİYASƏT

03 Dekabr 2025 | 15:24

Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir

Bakıda NATO ilə "Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Əldə düzəldilmiş partlayıcı qurğulara qarşı mübarizə" mövzusunda seminar-məşğələ keçirilir.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin və onun tabeliyindəki hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin mühəndis ixtisaslı zabitləri iştirak edirlər.

Keçirilən məşğələ zamanı iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim edilir. Seminar-məşğələ dekabrın 5-dək davam edəcək.


SON XƏBƏRLƏR