Bunda heç bir təhlükə görmürəm, söyləyir ki, maşınlarla geri dönməliyik, tanklarla yox.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan Prezidenti İlham Əliyevin bugünkü bəyanatını şərh edərkən bildirib.
“Yəni deyir ki, məsələ müharibə ilə həll olunmayacaq. Biz də Qarabağ sakinlərinin (könüllü getmiş ermənilərin) qayıtmasından bəhs edərkən, tanklardan danışırıq?”, - spiker jurnalistlərin müvafiq sualını cavablandırarkən qeyd edib.
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirdiyi fikir belədir:
“Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqı və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq”./Teleqraf
Bakı 


