"Estoniya hakimiyyəti "dron divarı" layihəsinə qarşıdakı dörd il ərzində 460 milyon avro ayırmağı planlaşdırır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Baltikyanı respublikanın Polis və Sərhəd Mühafizə İdarəsinin sözçüsü Veiko Kommusaar deyib.
"Biz artıq Müdafiə Nazirliyi ilə əməkdaşlıq edərək tender elan etmişik, ilk növbədə, Hərbi Hava Qüvvələrinin ehtiyaclarına diqqət yetirmişik. Növbəti dörd il üçün tenderin həcmi 460 milyon avrodur. Bu tenderə əsasən, hazırkı şərtlərə uyğun gələn və gələcək dəyişikliklər fonunda yenilikçi olacaq ən yaxşı texnoloji həll və təklif almaq istəyirik", - Kommusaar bildirib.
Qeyd edək ki, "Dron divarı" layihəsi Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələr arasında Rusiya ilə sərhəddə pilotsuz uçuş aparatlarına qarşı çoxqatlı monitorinq sistemi və avtomatlaşdırılmış müdafiə sistemlərinin yerləşdirilməsinə yönəlmiş birgə təşəbbüsdür. Layihə hazırda inkişaf və prototip seçimi mərhələsindədir.
Əli Hüseynov
Bakı 



