Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Ərdoğan Makrona İstanbulda danışıqları bərpa etmək üçün Rusiya və Ukrayna nümayəndələri ilə əlaqə saxladığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.
"Türkiyə Ukrayna ilə Rusiya arasındakı münaqişənin ədalətli və davamlı sülhlə bitməsi üçün hər cür səy göstərir. Mümkün qədər tez sülhün qapısını açmaq üçün əlimizdən gələni etməyə hazırıq.
Ukraynada davamlı sülhə nail olmaq üçün diplomatik vasitələrdən səmərəli istifadə edilməlidir. Ankara atəşkəs prosesinə və ondan sonrakı səylərə hərtərəfli dəstəyini davam etdirəcək", - Ərdoğan vurğulayıb.
Bakı 



