"Ümid edirik ki, Kiyev tezliklə silaha ehtiyac duymayacaq və münaqişənin həlli ilə bağlı razılıq əldə olunacaq".
Bakıvaxtı.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tacani deyib.
O izah edib ki, belə bir şəraitdə, NATO müttəfiqlərinin Amerika ehtiyatlarından Ukrayna Silahlı Qüvvələri üçün silah əldə etdiyi PURL proqramı çərçivəsində Romanın Ukrayna üçün silah almasını müzakirə etmək üçün tezdir.
İtaliya bu planlara şifahi öhdəlik götürüb, lakin bəzi digər ölkələrdən fərqli olaraq, hələlik heç bir rəsmi öhdəlik götürməyib.
"Ümid edək ki, yaxın aylarda silahlara ehtiyac qalmayacaq, çünki razılıq əldə olunarsa və atəşkəs əldə olunarsa, silaha ehtiyac qalmayacaq", - ANSA onun sözlərindən sitat gətirib.
Bakı 



