Meyxanaçı Namiq Qaraçuxurlu ilk dəfə həyat yoldaşı ilə bağlı paylaşım etməsindən danışıb.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi bu barədə "Mədəni şou"da danışıb. Meyxanaçı nə üçün 14 il ərzində ilk dəfə belə addım atmasından bəhs edib.
"Yubileyimiz idi, damarıma düşdü. Böyük səbəb yox idi. 14 ilimiz oldu. Hərdən ürəyimdən keçir ki, xoşbəxtliyimi paylaşım. Bir daha gördüm ki, olmaz. Sosial şəbəkədə müxtəlif insanlar var. Şəxsi həyatım maraqlıdır. Bəlkə də qapalıdır, danışmıram. Digər səbəb isə insanlar haqqımda ssenari ciziblər ki, belə olub və indi belədir. Haqqımda yaranan əfsanələrə o qədər gözəl yanaşıram ki... Aqresiv də olsa haqqımda düşünür. Bu da uğurumdur.
Bəziləri sevindi. Amma taleyində nəsə olanlar acıqlı qarşıladı" - deyə, N.Qaraçuxurlu cavab verib.
Bakı 



