“Space TV”də yayımlanan “Tarixin bir günü” verilişində qalmaqal yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Tarix Əliyev öz yutub kanalında video paylaşıb.
Belə ki, efirdə müğənni kimi təqdim edilən Firuzə Babayeva və Mehriban Qənbərova arasında mübahisə baş verib.
Sözügedən qonaqlar verilişdə bir-birinin ünvanına qeyri-etik ifadələr səsləndiriblər. Daha sonra onlar ayağa qalxaraq mübahisəyə davam ediblər. Verilişdəki digər şəxslər onları ayırmağa çalışıb.
Qeyd edək ki, Audiovizual Şura tərəfindən “Space TV”yə efirdəki qüsurlarla bağlı bir neçə dəfə xəbərdarlıq edilib və kanal cəzalandırılıb. Buna misal olaraq, Tarix Əliyevin verilişində həbsdə olan meyxanaçı Rəşad Dağlının ad gününün qeyd olunmasını, aparıcı Səidə Bəkirqızı tərəfindən Ağdamda 16 yaşlı məktəbli qıza qarşı baş vermiş cinsi zorakılıqla bağlı xəbəri təqdim edərkən müvafiq qanunu pozmasını göstərmək olar./Qafqazinfo
Daha ətraflı videoda:
Bakı 



