• Bakı 13° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Murat Cemcir reanimasiyaya yerləşdirildi

ŞOU

01 Dekabr 2025 | 22:57 | Müəllif: Subhan Mahmudov

Murat Cemcir reanimasiyaya yerləşdirildi

Türkiyəli məşhur aktyor Murat Cemcir reanimasiyaya yerləşdirilib.

Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ötən çərşənbə günü evində pisləşən və təcili yardımla xəstəxanaya aparılan Cemcirin daxili qanaxması olduğu məlum olub.

Yaxınlarının verdiyi məlumata görə, məşhur sənətçinin divertikulyar qanaxması olduğu anlaşılıb və dərhal lazımi müdaxilələr edilib. Müalicəsinə müsbət cavab verən Cemcirin bu gün reanimasiyadan çıxarılması gözlənilir.

Sənətçinin müalicəsi bir müddət xəstəxanada davam edəcək.

Qeyd edək ki, aktyor “Düğün dernek”, “Kardeş payı”, “Babab parası”, “Mahalleden arkadaşlar” və s. layihələrdə rol alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026