• Bakı 13° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

147 saylı məktəbdə müəllimlər niyə dərsə girməyib? - Rəsmi açıqlama

CƏMİYYƏT

03 Noyabr 2025 | 15:46

147 saylı məktəbdə müəllimlər niyə dərsə girməyib? - Rəsmi açıqlama

Bu gün Bakının Xətai rayonunda yerləşən 147 saylı məktəb-liseydə müəllimlər kütləvi şəkildə dərsə girməyiblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Manset.az məlumat yayıb.

Bildirilib ki, narazılığa səbəb Sumqayıtda yerləşən 32 saylı məcburi köçkün məktəbinin direktorunun gözlənilmədən 147 saylı məktəbə direktor təyin olunmasıdır.

Məktəbin müəllimləri bildirib ki, son 5 il ərzində direktor vəzifəsini icra edən (direktor əvəzi) Vüsalə xanımın rəhbərliyi dövründə məktəbin göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Müəllim kollektivi bu qəfil dəyişiklik qərarını ədalətsiz hesab edərək təyinatla bağlı narazılıqlarını dilə gətiriblər. Nəticədə onlar tədris prosesinə qatılmayıblar və dərslər bu səbəbdən boş keçib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) sorğu ünvanladıq.

Qurumdan “Qafqazinfo”ya bildirildi ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən, 147 nömrəli Texniki və humanitar fənlər liseyinin direktoru vəzifəsinə Kəmalə Bayram qızı Şahmirova təyin edilib:

“Təhsil müəssisəsində tədris prosesi normal qaydada davam edir”.


SON XƏBƏRLƏR