• Bakı 10° C

    7.99 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Anasını və nənəsini öldürən yeniyetməyə hökm oxundu

CƏMİYYƏT

03 Dekabr 2025 | 15:19

Anasını və nənəsini öldürən yeniyetməyə hökm oxundu

Goranboyda anasını və nənəsini öldürməkdə təqsirləndirilən 15 yaşlı S.A-nın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı üçün ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəza yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.

Qeyd edək ki, Goranboy rayon prokurorluğunun yaydığı məlumata görə, iyulun 25-də saat 02 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü S.A-nın aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


SON XƏBƏRLƏR