• Bakı 14° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Özbəkistan ABŞ vətəndaşları üçün vizasız rejim tətbiq edəcək

DÜNYA

03 Noyabr 2025 | 23:26

Özbəkistan ABŞ vətəndaşları üçün vizasız rejim tətbiq edəcək

Özbəkistan 2026-cı il yanvarın 1-dən ABŞ vətəndaşları üçün vizasız rejim tətbiq edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Özbəkistan Prezidenti Şövkət Mirziyayev bununla bağlı müvafiq fərman imzalayıb.

Sənədə əsasən, ABŞ vətəndaşları ölkəyə daxil olduqları tarixdən etibarən Özbəkistanda 30 günə qədər vizasız qala biləcəklər.

Bəyanatda bildirilib ki, bu addım ikitərəfli münasibətlərin gücləndirilməsinə, turist mübadiləsinin stimullaşdırılmasına və ölkənin açıq və qonaqpərvər səyahət məkanı kimi beynəlxalq imicinin inkişaf etdirilməsinə yönəlib.

 


SON XƏBƏRLƏR

03 Noyabr 2025