• Bakı 13° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Röya konsert günlərinin sayını artırdı

ŞOU

03 Noyabr 2025 | 14:52

Röya konsert günlərinin sayını artırdı

Xalq artisti Röya Ayxan Bakı Konqres Mərkəzində keçirilən konsertlərinə böyük maraq olduğuna görə konsert gününün sayını artırıb.

Bakıvaxtı.az xəbər verir ki, biletlərin qısa zamanda tükənməsini və tamaşaçı istəyini nəzərə alan sənətçi növbəti dəfə 9 noyabrda eyni səhnədə çıxış edəcək. 

Yeni konsert proqramında sənətçinin məşhur hitləri ilə yanaşı, yeni ifalar və səhnə sürprizləri də təqdim olunacaq.

Qeyd edək ki, Xalq artisti 31 oktyabr və 1 noyabr tarixlərində Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. O, noyabrın 7-də Bakı Konqres Mərkəzində növbəti konsertini verməyə hazırlaşır.


SON XƏBƏRLƏR