• Bakı 12° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Beynəlxalq Valyuta Fondu Ukraynaya yardımı dayandıra bilər

DÜNYA

03 Noyabr 2025 | 19:21

Beynəlxalq Valyuta Fondu Ukraynaya yardımı dayandıra bilər

Belçikanın Rusiyanın dondurulmuş aktivlərinin ekspropriasiyası və “reparasiya krediti” sxemi vasitəsilə Ukraynaya vəsait verilməsini dəstəkləməkdən imtina etməsi, Beynəlxalq Valyuta Fondunu (BVF) Kiyevə maliyyə yardımı ayırmaqdan çəkindirmə riski yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politico" Aİ nümayəndələrinə istinadla yazıb.

Məlumata görə, BVF növbəti üç il ərzində Ukraynaya 8 milyard dollar kredit ayırmağı nəzərdən keçirir. Lakin fondun dəstəyi Aİ ölkələrinin Rusiyanın dondurulmuş dövlət aktivlərindən "reparasiya krediti" üçün istifadə barədə razılıq əldə etməsinə bağlıdır. Bu kredit, BVF-nin Ukraynanın maliyyə öhdəliklərini yaxın illərdə yerinə yetirə biləcəyinə əmin olması üçün vacib şərtdir.

Belçika isə son görüşlərdə bu sxemə qarşı çıxıb. Buna görə də Avropa İttifaqı üzvləri BVF-nin dekabrda keçiriləcək qərar iclasına qədər öz mövqelərini razılaşdırmalıdırlar. Yardımın həcmi nisbətən böyük olmasa da, onun ayrılması ölkənin maliyyə dayanıqlılığının mühüm göstəricisi sayılır.


SON XƏBƏRLƏR

03 Noyabr 2025