"Amazon" və "OpenAI" 38 milyard dollarlıq müqavilə imzalayıblar.
Bakıvaxtı.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Müqavilənin bir hissəsi olaraq, "Amazon" "OpenAI"yə "Amazon Web Services" (AWS) bulud hesablama xidmətləri təqdim edəcək və "ChatGPT" yə süni intellekt modellərini öyrətmək və işlətmək üçün yüz minlərlə "Nvidia GPU"larına giriş imkanı verəcək.
"OpenAI" dərhal AWS-dən istifadə etməyə başlayacaq və planlaşdırılan bütün gücün 2026-cı ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir.
Bakı 


