Bu ilin yanvar-sentyabr aylarında "Bakı Metropoliteni" QSC sərnişin daşımalarından 78 milyon 871 min manat gəlir əldə edib.
Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,8 % çoxdur.
Hesabat dövründə Bakı metrosunun xidmətlərindən 162 milyon 575,8 min nəfər (-2,4 %) istifadə edib.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 27 stansiyadan ibarətdir.
Bakı 



