• Bakı C

    10.51 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Yanvar ayının maaşı ilə bağlı VACİB XƏBƏR

İQTİSADİYYAT

31 Dekabr 2025 | 23:08

Yanvar ayının maaşı ilə bağlı VACİB XƏBƏR

Sabahdan neft-qaz sahəsində işləməyən və qeyri-dövlət sektorunda çalışan fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulacaq.

Bakıvaxtı.az xəbər verir ki, Vergi Məcəlləsinə görə, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar 3 % vergi ödəyəcəklər.

Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 625 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər olacaq.

Müvafiq olaraq növbəti illərdə, aylıq gəliri 2 500 manata qədər olanlar 2027-ci ildə 5 %, 2028-ci ildə 7 %, 2 500 manatdan 8 000 manata qədər olanların 2027-ci ildə 125 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2028-ci ildə 175 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2027-ci ildə 675 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2028-ci ildən isə 725 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər hesablanacaq.

Xatırladaq ki, Azərbaycanda 2019-cu ildən qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlara gəlir vergisi ilə bağlı 7 illik güzəşt nəzərdə tutulmuşdu. Bu güzəşt sayəsində yuxarıda qeyd edilənlər muzdlu işdən aylıq gəlirlərindən aylıq gəlir 8000 manatadək olduqda vergi tutulmur, 8000 manatdan çox olduqda isə 14 faiz vergi tutulub.


SON XƏBƏRLƏR

31 Dekabr 2025