• Bakı 13° C

    11.11 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Azərbaycan müstəqil iqtisadiyyatını gücləndirir - Deputat

İQTİSADİYYAT

02 Dekabr 2025 | 12:33

Azərbaycan müstəqil iqtisadiyyatını gücləndirir - Deputat

Azərbaycan müstəqil iqtisadiyyatını gücləndirir.

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Rəhimzadə parlamentin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

Deputat qeyd edib ki, 2026-cı ilin büdcə müzakirəsi Şanlı Zəfərimizin 5-ci ildönümünə təsadüf edir və müzakirə edilən büdcə sosial təminat üçün ciddi dayaq rolunu oynayır.

O bildirib ki, 2025-ci ildə ölkədə 5-ci islahat paketi uğurla həyata keçirilib və Azərbaycan artıq sosial dövlət kimi tanınır. 2026-cı ildə sosial xərclər əsas prioritet kimi müəyyən olunub.

V.Rəhimzadə həmçinin vurğulayıb ki, ölkə başçısı "Böyük Qayıdış" məsələsinə xüsusi diqqət ayırır. Azərbaycanın öz torpaqlarını azad etməsi dayanıqlı sülhə əsaslanan yeni mərhələyə qədəm qoymaq imkanı yaradıb.

Millət vəkili əlavə edib ki, ərazilərin minalardan təmizlənməsi, xidmət infrastrukturunun bərpası, nəqliyyat və kommunikasiya xətlərinin açılması vacib addımlardır. Məcburi köçkünlərin öz torpaqlarına rahat qayıda bilməsi prioritet məsələlərdəndir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

01 Dekabr 2025