Strateji valyuta ehtiyatlarının mühüm elementlərindən biri kimi cari ilin yanvar-noyabr aylarında 5 milyard 41,6 mln. ABŞ dolları dəyərində qızıl idxal olunub.
Bakıvaxtı.az xəbər verir ki, qızıl idxalı nəzərə alınmadan cari ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 7 milyard 254,5 mln. ABŞ dolları olub.
Qızıl idxalı istisna olmaqla idxalın həcmi isə 16 milyard 146,7 milyon. ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0,5% artım deməkdir.
Qeyd edək ki, qızıl idxalı real istehlak və iqtisadi aktivlik ilə bağlı olmadığından, idxalın dinamikasının və ya daxili tələb ilə bağlı olan idxal aktivliyinin təhlili zamanı nəzərə alınmır.
Bakı 




