• Bakı C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

Bakıda Mikromaliyyə Forumu keçirilir

İQTİSADİYYAT

29 Yanvar 2026 | 09:58

Bakıda Mikromaliyyə Forumu keçirilir

Bakıda "Kapital bazarına çıxış: 1-ci investor - Mikromaliyyə Forumu" keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, ilk dəfə mikromaliyyə sektoru və investorlar vahid platforma altında bir araya gətirilir.

"Azərbaycan Kapital Bazarları Assosiasiyası" (AKBA) İctimai Birliyi, AMFA və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə keçirilən forum kapital bazarı iştirakçıları ilə bank olmayan kredit təşkilatları (BOKT) arasında birbaşa dialoq mexanizmi yaradır.

Forumun mühüm xüsusiyyəti investorların mikromaliyyə sektorunda investisiya imkanlarını araşdırma və qiymətləndirmə fürsəti əldə etməsidir.

Regional ərazilərdə fəaliyyət göstərən BOKT-lər öz maliyyə göstəricilərini, fəaliyyət modellərini və investisiya təkliflərini potensial investorlara təqdim edəcəklər.

Forum investorlar və BOKT-lər arasında əlaqələrin qurulması, konkret investisiya imkanlarının müəyyənləşdirilməsi və sektoral inkişaf üçün əməkdaşlıq mexanizmlərinin formalaşdırılması məqsədilə strukturlaşdırılıb.


SON XƏBƏRLƏR

28 Yanvar 2026