• Bakı 13° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Azad edilmiş ərazilərdə ötən ay 770 mina, 12 298 PHS aşkarlanıb

CƏMİYYƏT

03 Noyabr 2025 | 14:30

Azad edilmiş ərazilərdə ötən ay 770 mina, 12 298 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə oktyabr ayı üzrə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)  Bakıvaxtı.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 406 piyada əleyhinə mina, 364 tank əleyhinə mina, 12.298 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 7.022,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


    SON XƏBƏRLƏR