• Bakı 12° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

“MedAura”da gənc qız burun əməliyyatından sonra KOMAYA DÜŞDÜ

HADİSƏ

03 Noyabr 2025 | 16:17

“MedAura”da gənc qız burun əməliyyatından sonra KOMAYA DÜŞDÜ

Bakıda "MedAura" klinikasında gənc qız əməliyyat zamanı komaya düşüb. 

Bakıvaxtı.az moderator.az-a istinadla xəbər verir ki, bu barədə xəstənin yaxınları şikayət ediblər.

Nigar Budaqlı aprelin 30-da "MedAura" klinikasında burun nahiyəsindən cərrahiyyə-plastik əməliyyat (rinoplastika) olunub. Əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində Nigar koma (kliniki ölüm) vəziyyətinə düşüb. Əməliyyat cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva həyata keçirib. 

Şikayətçinin sözlərinə görə, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılsa da, 6 aydan artıq müddət keçməsinə baxmayaraq, həkimlər barəsində qanuni tədbir görülməyib.

Xəstənin ailə yaxınları bildirir ki, ekspert rəyinə əsasən, xanımın ağır vəziyyətə düşməsi məhz həkimlərin səhvi ucbatından baş verib.


SON XƏBƏRLƏR