• Bakı 10° C

    7.99 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanıldı - FOTO

HADİSƏ

03 Dekabr 2025 | 15:05

MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanıldı - FOTO

MİDA mənzillərinin qanunsuz satışını təşkil etməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakıda MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılan 12 şəxs dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.

Qeyd olunub ki, fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.


SON XƏBƏRLƏR