Misli Premyer Liqasında X tura yekun vurulub.
Bakıvaxtı.az xəbər verir ki, sonuncu matçda "Sabah" "Qəbələ"ni qəbul edib.
Görüş ev sahiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
18 xalı olan "Sabah" turnir cədvəlində dördüncü sırada yer alır, "Qəbələ" isə 5 xalla onuncudur.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "İmişli"ni (2:0), "Zirə" "Karvan-Yevlax"ı (3:2), "Neftçi" "Kəpəz"i (5:1), "Turan Tovuz" "Şamaxı"nı (2:1), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (3:2) məğlub edib.
 Bakı 


