• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Fuad Rəfibəyliyə HÖKM OXUNDU

CƏMİYYƏT

15 Sentyabr 2026 | 16:58 | Müəllif: Əli Hüseynov

Fuad Rəfibəyliyə HÖKM OXUNDU

Ölkə xaricində qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Fuad Rəfibəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən Fuad Rəfibəyli 4 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, təqsirləndirilən Fuad Rəfibəyli 2023-cü ildə Rusiyaya gedib, bir müddət sonra Rusiya- Ukrayna müharibəsində iştirak üçün ərazi üzrə hərbi komissarlığa müraciət edib və ordu sıralarına qoşulub. Bir müddət sonra Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb, 21 ay sonra Azərbaycana ekstradisiya edilib.

    Təqsirləndirilən Fuad Rəfibəyli Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi üzrə ittiham edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Sentyabr 2026
    18 Sentyabr 2026