• Bakı 9° C

    11.67 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mursaqulov 3 şöbə müdirini işdən çıxardı

SİYASƏT

15 Sentyabr 2026 | 15:02 | Müəllif: Əli Hüseynov

Mursaqulov 3 şöbə müdirini işdən çıxardı

Dövlət Statistika Komitəsinin üç şöbə müdiri vəzifəsindən azad olunub.

Bakıvaxtı.az Unikal-a istinadla xəbər verir ki, bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmrlər imzalayıb.

Struktur dəyişiklikləri ilə əlaqədar Xidmət statistikası şöbəsinin müdiri Sevinc Fəttahova, Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə və Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Səxavət Məmmədov tutduqları vəzifələrdən azad ediliblər.

Komitədən məlumatı saytımıza təsdiqləyiblər. Bildirilib ki, Dövlət Statistika Komitəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla strukturun təkmilləşdirilməsi istiqamətində dəyişikliklər həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR