• Bakı 15° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Ukraynada 20-25 milyon əhali qalıb - Mendel

DÜNYA

15 Sentyabr 2026 | 20:17 | Müəllif: Subhan Mahmudov

Ukraynada 20-25 milyon əhali qalıb - Mendel

Ukrayna ərazisində əhalinin sayı 20-25 milyon nəfərdir və azalmaqda davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel deyib.

"Sovet İttifaqından müstəqillik elan etməsindən sonrakı 35 il ərzində Ukrayna əhalisinin yarısından çoxunu itirib. Ən balanslı hesablamalara görə, Kiyevin nəzarətində olan ərazidə 20-25 milyon insan qalıb. Onların təxminən yarısı təqaüd yaşındadır", - deyə o bildirib.

Mendel əlavə edib ki, ukraynalılar ölkədən qaçmağa davam edirlər:

"Uşaqlarının layiqli təhsil və səhiyyə xidməti almasını istəyənlər mühacirət etməyə məcburdurlar. Ölüm nisbəti yeni doğulmuş körpələrin sayından təxminən dörd dəfə çoxdur", - deyə o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026