“Avronest” Parlament Assambleyasının Gürcüstanla bağlı qətnaməsini imzalayanlar arasında erməni deputatların da olmasından təəssüflənirik.
Bakvaxtı.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani deyib.
O bildirib ki, sənədi imzalayan erməni deputatlar öz baş nazirlərinə etimad göstərməyiblər:
“Qətnaməni əvvəllər oxşar sənədləri qəbul etmiş və Gürcüstana qarşı düşmən mövqe tutmuş Avropa Parlamentinin eyni nümayəndələri dəstəkləyib. Ermənistan parlament üzvləri bu qətnaməni dəstəkləməklə, baş nazirlərinə etimad göstərmədilər, çünki Ermənistanın baş naziri Gürcüstana rəsmi və işgüzar səfərlər etmiş və xalq tərəfindən seçilmiş hökumətlə görüşlər keçirib”.
Bakı 


