• Bakı 13° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Rebelion: Rusiya digər nüvə güclərinin malik olmadığı silahlara malikdir

DÜNYA

03 Noyabr 2025 | 15:31

Rebelion: Rusiya digər nüvə güclərinin malik olmadığı silahlara malikdir

Rusiyanın yeni nüvə enerjisi ilə işləyən, qeyri-məhdud mənzilli qanadlı raketi "Burevestnik"in sınaqları Qərb siyasətçilərini realizmlə hərəkət etməyə məcbur edəcək.

Bakıvaxtı.az "Rebelion" nəşrinə istinadən xəbər verir ki, bu, ilk növbədə Böyük Britaniya, Fransa və ABŞ-yə aiddir.

Nəşr hesab edir ki, Rusiya təkcə nüvə başlığı arsenalının həcminə görə onları ötmür, həm də yeni raketi sayəsində digər nüvə güclərinin malik olmadığı silahlara malikdir.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov “Burevestnik” sınaqlarının başa çatması barədə oktyabrın 26-da Ali Baş Komandan Vladimir Putinə məlumat verib. Sınaqlar zamanı raket təxminən 15 saat havada qalıb və 14 min kilometr məsafəni qət edib.

 Baş Qərargah rəisi "Burevestnik"in uçuşu zamanı nəzərdə tutulan bütün şaquli və üfüqi manevrlərin yerinə yetirildiyini, bununla da onun raket əleyhinə və hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün yüksək imkanlarını nümayiş etdirdiyini vurğulayıb. 

Gülşən Şərif


SON XƏBƏRLƏR