• Bakı 14° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

"X" bir ayda Azərbaycandakı bazar payının 77 %-ni itirib

MULTİMEDİA

03 Noyabr 2025 | 20:05

X bir ayda Azərbaycandakı bazar payının 77 %-ni itirib

Bu ilin oktyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Instagram"ın payı 35,77 % (ötən ay 20,31 %, 1 il əvvəl 38,68 % olub) təşkil edib.

Bakıvaxtı.az "Statcounter" agentliyinin hesabatına istinadən bildirir ki, bu, sentyabr ayına nisbətən 15,46 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 2,91 faiz bəndi azdır.

İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 4,37 faiz bəndi azalaraq, illik isə 7,86 faiz bəndi artaraq 28,33 % (32,7 % və 20,47 %) təşkil edib.

Növbəti yerdəki "YouTube"un bazar payı ay ərzində 7,19 faiz bəndi, il ərzində isə 9,43 faiz bəndi artaraq 20,49 % (13,3 % və 11,06 %) olub.

Dördüncü pillədəki "Pinterest"in bazar payı aylıq 0,67 faiz bəndi artaraq, illik müqayisədə isə 11,6 faiz bəndi azalaraq 7,76 % (7,09 % və 19,36 %) təşkil edib.

İlk beşliyi 5,24 %-lik (23,25 % və 5,51 %) bazar payı ilə "X" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 18,01 faiz bəndi, illik müqayisədə isə 0,27 faiz bəndi azalıb. Beləliklə onun bazar payı ay ərzində 77 % azalıb.


SON XƏBƏRLƏR

03 Noyabr 2025