• Bakı 13° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Ədalət Şükürovun geyimi gülüş hədəfi oldu - FOTO

CƏMİYYƏT

03 Noyabr 2025 | 15:58

Ədalət Şükürovun geyimi gülüş hədəfi oldu - FOTO

Ədalət Şükürovun paylaşdığı son foto sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Bakıvaxtı.az “Yeni Sabah”a istinadla xəbər verir ki, Əməkdar artistin geyindiyi boz rəngli, bir neçə yerdən yırtılmış köynəyinə görə fərqli şərhlər yazılıb.

İzləyicilərdən biri zarafat edib: “Kasıb olsa, geyinməzdi, amma işin içində zənginlik varsa, cırıq paltar belə dəyər qazanır, zənginlik sən nələrə qadirmişsən”. Digərləri “Yəqin kasıb vaxtlarından xatirə kimi saxlayıb”, “Köynəyin nə günə qalıb, sənə köynək alım?”, “Ürəyim ağrıdı, kartı de, pul atım, özünə geyim al, pis oldum” kimi şərhlərlə reaksiya veriblər.

Ədalət Şükürov şou-biznesin ən varlı sənətçilərindən biri hesab olunur. Onun "cırıq paltar"ına gəlincə, bir neçə dəb brendi — "Balenciaga", "Gucci", "Diesel" kimi markalar da bu tip yırtıq və köhnə görünüşlü geyimləri yüksək qiymətlərlə satışa çıxarır. Yəni Şükürovun geyimi, əslində, sadə görünməsinə baxmayaraq, heç də ucuz deyil.

 


SON XƏBƏRLƏR