• Bakı C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.23

Şəhid anası və qardaşı bu komitənin üzvü seçildilər - FOTO

CƏMİYYƏT

03 Fevral 2026 | 10:20

Şəhid anası və qardaşı bu komitənin üzvü seçildilər - FOTO

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının ilk plenar iclası keçirilib. İclasda komitələrin sədrləri, sədr müavinləri və üzvləri seçiliblər.

Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, şəhid qardaşı, deputat Üzeyir Məmmədov Ali Məclisin İqtisadi siyasət komitəsinin, şəhid anası, deputat Gülşad Rüstəmova isə Humanitar siyasət komitəsinin üzvü seçiliblər.

Həmçinin, G.Rüstəmova Naxçıvan Ali Məclisinin İntizam komissiyasının üzvü olub.

Qeyd edək ki, Ü.Məmmədov 2016-cı il iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan baş leytenant Toğrul Məmmədovun qardaşıdır. Şəhid zabitimiz ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

G.Rüstəmova şəhid leytenant Emin Sadiqovun anasıdır. Hərbçimiz 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.


SON XƏBƏRLƏR

02 Fevral 2026