Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Səudiyyə Ərəbistanına, 4 fevralda isə Misirə səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı məlumatı Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Burhanəddin Duran sosial media hesabında paylaşıb.
Ərdoğanın Səudiyyə Ərəbistanı Krallığının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın dəvəti ilə Ər-Riyadda keçirəcəyi görüşlərdə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə addımlar, eləcə də regional və qlobal inkişaflar müzakirə olunacaq.
Türkiyə lideri 4 fevral 2026-cı ildə Ər-Riyada səfərindən sonra Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Qahirədə misirli həmkarı ilə Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasına həmsədrlik edəcək.
"Misirə səfər zamanı ikitərəfli gündəmimizdəki məsələlərin müzakirəsi planlaşdırılır; digər tərəfdən, regional və beynəlxalq inkişaflar, xüsusən də Fələstin mövzusunda fikir mübadiləsi aparılması planlaşdırılır", - deyə Duran qeyd edib.
Bakı 




