Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Vernon Koaker Bakı və London arasında müdafiə tərəfdaşlığının dərinləşdirilməsi məqsədilə Azərbaycan nümayəndələri ilə bir sıra görüşlər keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət naziri öz "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Dekabrda Azərbaycana səfərimdən sonra müdafiə sənayesi naziri Vüqar Mustafayevi, müdafiə nazirinin müavini Aqil Qurbanovu və Azərbaycan Prezidentinin köməkçisi Xalid Əhədovu keçən həftə Londonda müdafiə tərəfdaşlığımızın dərinləşdirilməsinin müzakirəsi üçün qarşılamaq xoş oldu", - V.Koaker qeyd edib.
V.Koakerin paylaşımına cavab olaraq Britaniyanın Bakıdakı səfiri Ferqus Auld vurğulayıb ki, Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlığın inkişafında yeni addımlar atır.
"Son 10 ildə ən yüksək rütbəli Azərbaycan müdafiə nümayəndə heyətinin Böyük Britaniyaya səfərinin şahidi olmaq bir şərəfdir. Azərbaycan dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır və bu münasibətlərin inkişaf etdiyini görməkdən qürur duyuruq", - britaniyalı diplomat yazıb.
Bakı 




