• Bakı C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.23

Ukrayna ilk dəfə Rusiya ərazisində “Solntsepek”i məhv etdi

DÜNYA

03 Fevral 2026 | 01:11

Ukrayna ilk dəfə Rusiya ərazisində “Solntsepek”i məhv etdi

Ukrayna Müdafiə Qüvvələri müharibə zamanı ilk dəfə olaraq Rusiya ərazisində TOS-1A “Solntsepek” odsaçan raket sistemini məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bulava” pilotsuz uçuş aparatı batalyonunun Teleqram hesabında paylaşım edilib.

Bildirilib ki, FPV dronları hədəfə 4 dəfə dəyib, ardınca isə “Solntsepek”də partlayış baş verib.

Ukrayna hərbçiləri bu sistemin Rusiya ərazisində məhv edilməsini "tarixi zərbə" adlandırırlar.

Qeyd edək ki, sözügedən sistem 10 milyon dollar dəyərində qiymətləndirilir.

 


SON XƏBƏRLƏR

02 Fevral 2026