• Bakı C

    9.55 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.23

Səidə Bəkirqızından Akif Nağıya SƏRT İTTİHAMLAR: “Saç ağartmaqla deyil…”

CƏMİYYƏT

02 Fevral 2026 | 22:46

Səidə Bəkirqızından Akif Nağıya SƏRT İTTİHAMLAR: “Saç ağartmaqla deyil…”

Jurnalist Səidə Bəkirqızı "MediaTürk" TV-də yayımlanan proqramda  Azad Vətən  Partiyasının sədri Akif Nağı ilə yaşanan mübahisə zamanı ona kəskin ittihamlar yönəldib.

Bakıvaxtı.az xəbər verir ki, Səidə Bəkirqızı onu “erməni olmaqda” ittiham edən Akif Nağıya cavab olaraq, partiya sədrinin ailəsində erməni olduğu barədə iddiaların ona çatdırıldığını bildirib:

“Siz məni erməni olmaqda ittiham edirsiniz. Mənə deyirlər ki, Akif Nağıya onun ailəsində olan ermənilərin kimliyini bildirmək lazımdır".

Akif Nağı isə bu iddiaların əsassız olduğunu deyərək, köklərinin Ağdamdan gəldiyini vurğulayıb:

“Bu iddiaların hamısı yalandır. Bunu yazanlar anonim şərhçilərdir".

Səidə Bəkirqızı isə ona sərt şəkildə cavab verib:

“Saç ağartmaqla deyil…”

Jurnalist həmçinin iddia edib ki, Birinci Qarabağ müharibəsi zamanı Akif Nağı qardaşları ilə birlikdə yaşadığı ərazini tərk edən ilk şəxslərdən olub:

“Ağdam uğrunda döyüşməmisiniz, xahiş edirəm, burada oturub savaşla bağlı danışmayın".

Sözügedən canlı yayımın video görüntüsünü təqdim edirik.

 

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Fevral 2026