• Bakı C

    10.12 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Liftdə köməksiz vəziyyətdə qalan yeniyetmə xilas edildi - VİDEO

CƏMİYYƏT

04 Mart 2026 | 17:59

Liftdə köməksiz vəziyyətdə qalan yeniyetmə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti dördüncü mərtəbədə dayanıb və 2012-ci il təvəllüdlü yeniyetmə liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan yeniyetməni xilas ediblər.


SON XƏBƏRLƏR