• Bakı 26° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İlham Əliyev Məhəmməd Əbdülsalam ilə görüşüb

SİYASƏT

03 Fevral 2026 | 10:21

İlham Əliyev Məhəmməd Əbdülsalam ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 3-də Əbu-Dabi şəhərində Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşü olub.

Bakıvaxtı.az xəbər verir ki, Məhəmməd Əbdülsalam Azərbaycana səfərlərini və dövlət başçısı ilə görüşlərini böyük məmnunluqla xatırlayıb.

O, Prezident İlham Əliyevi "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi münasibətilə bir daha təbrik edib.

Prezident İlham Əliyev təbrikə və yüksək mükafata görə minnətdarlığını bildirərək, Zayed Fondunun fəaliyyətini, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsinin və bəşəri dəyərlərinin dünyada təşviq edilməsində oynadığı mühüm rolu yüksək qiymətləndirib.

Azərbaycan Prezidentinin bu mükafata layiq görülməsi, həmçinin Roma Papası XIV Leonun və Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Əl-Tayyibin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026