• Bakı C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.23

Rəqsanə Səidə Bəkirqızıdan üzr istədi: Aparıcı isə...

CƏMİYYƏT

03 Fevral 2026 | 10:38

Rəqsanə Səidə Bəkirqızıdan üzr istədi: Aparıcı isə...

Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasında davam edən qalmaqalda yeni mərhələ yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, daha əvvəl sərt açıqlamalar və məhkəmə iddiası ilə gündəmə gələn mübahisədən sonra müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə aparıcı Səidə Bəkirqızına ünvanlanan üzrxahlıq videosu paylaşıb. Müğənni həmin sözləri deyən zaman korrektələrə diqqət etmədiyini, dönə-dönə üzr istədiyini, indi isə barışıq əli uzatdığını bildirib:

"Mən onun atasının vəfatından xəbərdar deyildim. Heç kimin ölüsü ilə işim yoxdur".

Məsələ ilə bağlı Bakıvaxtı.az Səidə Bəkirqızı ilə əlaqə saxlayıb. Aparıcı hazırda açıqlama vermək istəmədiyini bildirib. Qeyd edib ki, qərarını verdikdən sonra bu mövzu ilə bağlı mövqeyini ictimaiyyətə açıqlayacaq.

Xatırladaq ki, qalmaqal Səidə Bəkirqızının Rəqsanə İsmayılovanın fotosessiyasını tənqid etməsindən sonra başlayıb. Bunun ardınca müğənninin sosial şəbəkələrdə səsləndirdiyi iddialar və təhqiramiz ifadələrə görə aparıcı hüquq-mühafizə orqanlarına müraciət etdiyini və məhkəməyə üz tutacağını açıqlamışdı:

"Ancaq haqqımda yayılan bütün yalan məlumatlara, atamın və babamın təhqir olunmasına, övladlarımın alçaldılmasına, eləcə də keçmişimlə bağlı yayılan əsassız iddialara görə o, qanun qarşısında cavab verəcək. Xüsusi olaraq qeyd edim ki, bu məsələ nə üzr istəməklə, nə də hər hansı təzminatla bağlanacaq".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

02 Fevral 2026