• Bakı C

    10.59 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.23

"Qarabağ" fransalı futbolçunun transferini elan edib

İDMAN

02 Fevral 2026 | 19:12

Qarabağ fransalı futbolçunun transferini elan edib

"Qarabağ" heyətinə yeni futbolçu qatıb.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kiprin AEK (Larnaka) klubu ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb və Ağdam təmsilçisi fransalı futbolçu Jeremi Qnalini sıralarına cəlb edib.

Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın "Mets" klubunun yetirməsi olan arxa xətt oyunçusu "Qarabağ"da 24 nömrəli forma ilə çıxış edəcək.

23 yaşlı oyunçu karyerası ərzində "Mets B", İspaniyanın "Tarazona" və "Melilya" komandalarında da çıxış edib.

Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb


SON XƏBƏRLƏR