Kseniya Şoyqu Mendeleyev Vadisi İnnovativ Elm və Texnologiya Mərkəzinin İnkişaf Fondunun rəhbəri təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, müvafiq əmri rusiyalı Baş nazir Mixail Mişustin imzalayıb.
Təşkilat Anqara-Yenisey bölgəsində qeyri-dəmir, nadir və nadir torpaq metallarının dərin emalı üçün klasterin yaradılması üzrə layihə ofisi kimi xidmət göstərəcək.
Mendeleyev Vadisi İnnovativ Elm və Texnologiya Mərkəzinin İnkişaf Fondundan "Vedomosti"yə verilən məlumata görə, Kseniya Şoyqu yeni vəzifəsində strateji planlaşdırma, investorların cəlb edilməsi və dövlət dəstəyi tədbirlərinin təmin edilməsi, eləcə də iştirakçıların əlaqələndirilməsindən məsul olacaq.
Qeyd edək ki, Kseniya Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun qızıdır.
Bakı 




