• Bakı C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.23

Azərbaycanda pul bazası artdı

İQTİSADİYYAT

03 Fevral 2026 | 10:37

Azərbaycanda pul bazası artdı

Bu il fevralın 1-nə Azərbaycanda pul bazası 22,545 milyard manat təşkil edib.

Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2026-cı ilin yanvarın 1-i ilə müqayisədə 75,1 milyon manat və ya 0,3% çoxdur.

Eyni zamanda ölkədə pul bazası son 1 ildə isə 2,4 milyard manat və yaxud 12% artıb.

Qeyd edək ki, pul bazası iqtisadiyyatda mərkəzi bank tərəfindən yaradılan və birbaşa nəzarət olunan ən ilkin pul kütləsidir.

Pul bazası əsasən iki hissədən ibarətdir: 1) Dövriyyədə olan nağd pul – əhalinin və şirkətlərin əlində olan kağız və metal pullar; 2) Bankların mərkəzi bankdakı ehtiyatları – kommersiya banklarının Mərkəzi Bankda saxladığı məcburi və əlavə ehtiyatlar.


SON XƏBƏRLƏR

02 Fevral 2026