• Bakı 13° C

    2.33 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Gəncədə qətlə yetirilən şəxs Vətən müharibəsi iştirakçısı imiş - FOTO - YENİLƏNİB

HADİSƏ

03 Fevral 2026 | 10:41

Gəncədə qətlə yetirilən şəxs Vətən müharibəsi iştirakçısı imiş - FOTO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, gecə saatlarında Gəncədə 25 yaşlı Röyal Məmmədov aldığı bıçaq xəsarətindən xəstəxanada ölüb.

Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, qətlə yetirilən R.Məmmədov Vətən müharibəsi iştirakçısı olub.

***

10:00

Gəncədə 24 yaşlı oğlanın öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Bakıvaxtı.az-a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada aldığı xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

***

08:23

Gəncədə qətl törədilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü R.Məmmədov bədənin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yeləşdirilib.

Əməliyyat zamanı həkimlərin bütün tibbi yardımlarına baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Murad Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    03 Aprel 2026